Qəzada xəsarət alan: Qazaxıstanda bizə yaxşı baxıblar, burada da qayğımıza qalırlar
Buradakı şəraitdən razıyıq, bundan lap yaxşı olmur.
“Sizinxeber.az” xəbər verir ki, bunu təyyarə qəzasından sonra Qazaxıstandan Azərbaycana gətirilən Zaqatala rayon sakini Nurulla Siracov söyləyib.
“Barmağım qırılıb, gipsdədir, bir də əziklərim var. Qazaxıstanda bizə yaxşı baxdılar. Burda da yaxşı qayğımıza qalırlar. Bütün şəraitdən razı qaldıq. Bundan yaxşı olmur – o qədər yaxşı baxırlar”, – o qeyd edib.
Siracov həyat yoldaşından bixəbər olduğunu vurğulayıb: “Yoldaşımın harada, necə olduğunu bilmək istərdim. Onunla görüşməyə tələsirəm. Təyyarədə yanaşı oturmuşduq. Ondan sonra onu görməmişəm. Bircə darıxdığım yoldaşımdır”.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Oxşar xəbərlər
Qəzada xəsarət almış sərnişin Nurulla Siracov: Hər iki ölkənin həkimlərindən razı qaldım
Aviaqəzada yaralanan: Hazırda vəziyyətim yaxşıdır, bütün müayinələrdən keçiriblər
Yaralı Nurulla Siracov: Hər iki ölkənin həkimlərindən razı qaldım
Aviaqəzada yaralananın yaxını: Sağ olduğunu bu gün bildik, vəziyyəti yaxşıdır
Təyyarə qəzasında həlak olan Məhəmmədəli futbolçu imiş
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
İsrail ordusu Livanın cənubunda daha bir zabitini itirib
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
-
Qrossi: BƏƏ-dəki AES-ə hücum kütləvi radiasiya yayılmasına səbəb ola bilər
-
Vens: ABŞ dünyanın jandarmı olmaq istəmir
