Xırdalanda yaşayış binasında partlayış olub, yaralılar var - VİDEO - FOTO - YENİLƏNİB
Hadisə ilə bağlı 4 nəfər (3-ü qadın cinsli, 1-i kişi cinsli) Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Sizinxeber.az xəbər verir ki, yüngül bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib.
Onlar ambulator müalicə üçün evə buraxılıblar.
***
21:21
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub.
Sizinxeber.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı onbirmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.
Partlayış dalğasının təsirindən iki mənzilə və yaşayış binasının yaxınlığında park edilmiş 4 avtomobilə ziyan dəyib, dörd nəfər xəsarət alıb.
FHN-in qüvvələri tərəfindən xəsarət almış şəxslərin təxliyəsi, həmçinin hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalanda yaşayış binasında partlayış olub, yaralılar var - VİDEO - FOTO
Xırdalanda yaşayış binasında partlayış olub, yaralılar var - VİDEO
TƏBİB Sumqayıtdakı partlayışla bağlı açıqlama verib - FOTO - VİDEO - YENİLƏNİB 3
Sumqayıtda yaşayış binasında güclü partlayış olub - FOTO - YENİLƏNİB 2
Sumqayıtda partlayış baş verən binada dağıntılar altından 3 nəfər sağ çıxarılıb - FOTO - VİDEO - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












