Xırdalanda yaşayış binasında partlayış olub, yaralılar var  - VİDEO  - FOTO
sizinxeber.az xəbər saytı

Xırdalanda yaşayış binasında partlayış olub, yaralılar var - VİDEO - FOTO


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub.

APA FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı onbirmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.

Partlayış dalğasının təsirindən iki mənzilə və yaşayış binasının yaxınlığında park edilmiş 4 avtomobilə ziyan dəyib, dörd nəfər xəsarət alıb.

FHN-in qüvvələri tərəfindən xəsarət almış şəxslərin təxliyəsi, həmçinin hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Oxşar xəbərlər

Xırdalanda yaşayış binasında partlayış olub, yaralılar var - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xırdalanda mənzildə partlayış olub, yaralılar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gəncədə mənzildə partlayış olub, 84 yaşlı qadın xəsarət alıb - FOTO - YENİLƏNİB - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
8 Noyabr prospektində evdə partlayış olub, 1 nəfər xəsarət alıb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Masallıda fərdi yaşayış evində partlayış baş verib, 1 nəfər xəsarət alıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər