MN-in hərbi hissələrində maliyyə xidmətinin rəisi olmuş şəxsin məhkəməsi başlayıb
sizinxeber.az xəbər saytı

MN-in hərbi hissələrində maliyyə xidmətinin rəisi olmuş şəxsin məhkəməsi başlayıb


Müdafiə Nazirliyinin tabeliyində olan müxtəlif hərbi hissələrində maliyyə xidmətinin rəisi vəzifəsində işləmiş Elvin Cəfərovun cinayət işi üzrə məhkəmə başlayıb.

APA xəbər verir ki, bu güqn Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Məhkəmənin baxış iclası dekabrın 26-na təyin olunub.

Qeyd edək ki, Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində maliyyə xidmətinin rəisi vəzifəsində işləmiş Elvin Cəfərova Cinayət Məcəlləsinin 179.4-ci (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunub.
Elvin Cəfərov MN-dəki milyonluq mənimsəmə üzrə cinayət işində təqsirli bilinib. Onun cinayət işi ayrıca icraata götürülüb. Onun tərəfindən dövlətə vurulmuş ziyan 2 milyon 200 min manat hesablanıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin vəsatəti əsasında Elvin Cəfərov barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Elvin Cəfərov ötən ilin dekabrında Müdafiə Nazirliyində 143 milyon manatlıq mənimsəmə ilə bağlı məhkəmə prosesində şahid qismində dindirilib.

Oxşar xəbərlər

Müxtəlif hərbi hissələrdə maliyyə xidmət rəisi işləmiş Elvin Cəfərovun məhkəmə prosesi başlayıb
16 milyon manatdan çox əsassız ödəniş edilib - MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə
MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmə davam etdirilib
MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə istintaqı yekunlaşıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle