Ağdaşda yanğın olub - FOTO - VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdaş rayonunun Qarağan Sədi kəndində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Sizinxeber.az-ya verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdaş rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus birmərtəbəli, dörd otaqdan ibarət fərdi yaşayış evində baş verdiyi müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 96 kv.m. olan dördotaqlı evin 1 otağının yanar konstruksiyaları və dam örtüyü 32 kv.m. sahədə yanıb.
Evin böyük hissəsi yanğından mühafizə olunub.
Oxşar xəbərlər
Kürdəmirdə 7 ton ot bağlaması yanıb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda fərdi yaşayış evində baş verən yanğın söndürülüb - FOTO - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Binəqədi rayonunda obyektdə yanğın baş verib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Balakəndə yaşayış evində yanğın olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Masallıda istirahət mərkəzindəki yanğının meşəyə keçməsinin qarşısı alınıb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












