Müdafiə Nazirliyində NATO nümayəndələri ilə görüş olub
sizinxeber.az xəbər saytı

Müdafiə Nazirliyində NATO nümayəndələri ilə görüş olub


Müdafiə Nazirliyində NATO nümayəndələri ilə görüş olub.

Sizinxeber.az xəbər verir ki, bu barədə MN-dən bildirilib.

Azərbaycan müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov ölkəmizdə səfərdə olan Müttəfiqlərin Avropadakı Ali Komandanlığı (SHAPE) Qərargah rəisinin müavini - Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Bruasdal Gunnsteinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüş NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən keçirilən "15-ci NATO günləri" tədbiri çərçivəsində baş tutub.

Görüşdə hər iki tərəf arasındakı münasibətlərin cari vəziyyəti yüksək qiymətləndirilib və qurulan əlaqələrin bundan sonra da inkişafı üçün perspektivdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) və digər proqramlarında iştirak edən hərbi qulluqçularımızın fəaliyyəti yüksək qiymətləndirilib. Bundan sonra da müxtəlif təlim və kurslarda iştirak edəcək hərbi qulluqçular arasında təcrübə mübadiləsinin və özünü təkmilləşdirmənin vacibliyi xüsusi vurğulanıb.

Tərəflər arasında keçirilən görüş əsnasında münasibətlərin inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

Oxşar xəbərlər

NATO nümayəndə heyəti ilə görüş keçirilib
NATO nümayəndələri Bakıya səfərə gəlib
NATO-nun minatəmizləməyə dəstəyi müzakirə olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Romada NATO Müdafiə Kollecində olub
NATO-Azərbaycan tərəfdaşlığının perspektivləri müzakirə edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle