Beynəlxalq Bankdan mənimsəmədə təqsirləndirilən sabiq şöbə müdirinə hökm oxunub
"Azərbaycan Beynəlxalq Bank"ından mənimsəmə etməkdə təqsirləndirilən sabiq şöbə müdiri Natiq Nüsrətzadənin cinayət işi üzrə yekun məhkəmə prosesi yekunlaşıb.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin qərarına əsasən, Natiq Nüsrətzadə 6 il 6 ay müddətində azaqlıqdan məhrum edilib.
Xatırladaq ki, dövlət ittihamçısı Rauf Malışov onun 8 il müddətindən azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, Natiq Nüsrətzadə "Azərbaycan Beynəlxalq Bank"ında nəqliyyat departamentinin müdiri vəzifəsində işləyib. İttihama görə, o, işlədiyi dövrdə bankın 48 min manatını mənimsəyib. Həmin ziyandan isə cəmi 21 min manatı geri qaytarıb.
Onun barəsində Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi başlanılıb.
Oxşar xəbərlər
Vəkilə qarşı quldurluqda təqsirləndirilən şəxsə hökm oxunub - FOTO
Nazim Bəydəmirliyə hökm oxunub
Bacısını qayışla boğaraq öldürməkdə ittiham olunan şəxsə hökm oxunub
Nazim Bəydəmirliyə hökm oxunub - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
