NİİM: Ara məsafə saxlanmadığına görə tez-tez qəzalar baş verir - VİDEO
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi nəqliyyat vasitəsini idarə edərkən ara məsafənin saxlanmaması barədə məlumat yayıb.
NİİM-dən Sizinxeber.az-ya verilən məlumatda qeyd olunub ki, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun: "Bu qayda dəfələrlə sürücülərin diqqətinə çatdırılıb və onların maariflənməsi məqsədilə bir çox tədbirlər görülüb, ancaq təəssüflər olsun ki, göstərilən səbəbdən yol-nəqliyyat hadisələri tez-tez baş verir. Ölüm və xəsarətlə, yaxşı halda isə maddi zərərlə nəticələnən belə qəzalar yollarda nəqliyyatın hərəkətində ləngimələrə də səbəb olur".
NİİM sürücülərin maariflənməsi məqsədilə paytaxtın müxtəlif küçə və prospektlərində ara məsafəsinin saxlanılmaması səbəbindən baş verən yol-nəqliyyat hadisələri ilə bağlı videoməlumatı təqdim edib.
Oxşar xəbərlər
NİİM piyadalara müraciət edib - VİDEO
NİİM: Bəzi sürücülər svetoforun qırmızı işığının tələbinə məhəl qoymurlar
NİİM: Texniki nasaz yük avtomobilləri yollarda süni sıxlığın yaranmasına səbəb olur
NİİM: Bir çox qəzalar sürücülərin svetoforun qırmızı işığında keçməsinə görə baş verir - VİDEO
NİİM: Piyada keçidindən istifadə etməmək qəzalara və sıxlığa səbəb olur - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












