NİİM: Texniki nasaz yük avtomobilləri yollarda süni sıxlığın yaranmasına səbəb olur
Ötən gün axşam saatlarında Nizami rayonu, Qara Qarayev prospekti ilə Özbəkistan küçəsinin kəsişməsində, Yasamal rayonu, Tbilisi prospektində və Rövşən Cəfərov küçəsində texniki nasaz yük avtomobillərinin yolda qalması sıxlığın yaranmasına səbəb olub.
Sizinxeber.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, bu səbəbdən metronun "Neftçilər" və "20 Yanvar" stansiyaları, eləcə də "Xırdalan" dairəsi istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin sürücüləri dəqiqələrlə sıxlıqda gözləməli olublar: "Təbii ki, müşahidə kameralarının qeydə aldığı vəziyyətlə bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən qısa müddətdə sıxlığın aradan qaldırılması istiqamətində yol polisi ilə birgə işlər görüldü. Ancaq təəssüf ki, əksər hallarda texniki nasaz yük avtomobilləri, xüsusilə də intensiv hərəkət olan yollarda qalmaqla həm süni sıxlığın yaranmasına səbəb olurlar, həm də yol-nəqliyyat hadisələrinin baş verməsinə zəmin yaradırlar. Bildiririk ki, yola çıxmazdan öncə nəqliyyat vasitələrinin sazlığı yoxlanılmalı, texniki nasazlıq səbəbindən yolda qaldıqda isə təhlükəsizlik tədbirləri görülməlidir".
Oxşar xəbərlər
NİİM piyadalara müraciət edib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Metronun "Koroğlu" stansiyası istiqamətində sıxlıq yaranıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
NİİM: Jurnalistlər binasının yaxınlığında işıqforda yaranan problemlə bağlı tədbir görülür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xocalı prospektində 140-dan çox avtobusun hərəkət sxemi dəyişdirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda bu yollarda sıxlıq var - SİYAHI [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












