NİİM: Bəzi sürücülər svetoforun qırmızı işığının tələbinə məhəl qoymurlar
Paytaxt yollarında bəzi sürücülər sanki svetoforun qırmızı işığının tələbinə məhəl qoymurlar. Həm qayda pozuntusuna yol verirlər, həm də yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olurlar.
APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir.
Məlumata görə, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müşahidə kameralarının qeydə aldığı bu qəzalar sürücülərin svetoforun qırmızı işığında keçməsi səbəbindən baş verib. Bəzən ölüm və xəsarətlə nəticələnən bu cür yol-nəqliyyat hadisələri onların ani diqqətsizlik və səbrsizlik göstərməsi nəticəsində olur. Svetoforun yaşıl işığının bitməsinə 1 saniyə qalmış sürəti daha da artırıb yollarına davam etmək istəyən belə sürücülər özlərinin və digərlərinin həyatını təhlükə altında qoyurlar. Ümid edirik ki, müşahidə kameralarına düşən bu videolardan sürücülər nəticə çıxarar və svetoforun qadağanedici işarəsindən keçməyin nə qədər təhlükəli olduğunu görmüş olarlar.
Qeyd edilib ki, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə sürücülər barəsində 100 manat və 3 cərimə balı tətbiq edilir.
Oxşar xəbərlər
NİİM moped və motosiklet sürücülərinə müraciət edib
NİİM piyadalara müraciət edib - VİDEO
Svetoforun qırmızı işığında keçən iki avtobus sürücüsü saxlanılıb
Bakıda 9 ayda 1463 yol-nəqliyyat hadisəsi baş verib - VİDEO
NİİM: Texniki nasaz yük avtomobilləri yollarda süni sıxlığın yaranmasına səbəb olur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












