Məhkəmə vəkil Sümbülə Əliyeva ilə bağlı qərar verib
Vəkil Sümbülə Əliyevanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə keçirilib.
Sizinxeber.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.
Birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
Qeyd edək ki, bu il iyulun 8-də Bakı Ağır Cinayətlər Məhkəməsin hökmünə əsasən, Sünbülə Əliyevaya Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, təyin edilmiş 4 il müddətə azadlıqdan məhrum etmə cəzası 2 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilib. Həbsdə olan Sümbülə Əliyeva məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, ittihama görə, Sümbülə Əliyeva hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial sığortaları və pensiya fonduna ödənməli olan məbləği dövlət büdcəsinə köçürməyib və mənimsəyib. O, Cinayət Məcəlləsinin 179.3.2 və 213.1-ci maddəsi ilə ittiham edilir. Zərərçəkmiş qismində Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tanınıb.
Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb.
Sümbülə Əliyeva bir çox tanınmış şəxsin vəkili olub. Onun cinayət işi üzrə məhkəmədən yayınması əsas gətirilərək barəsində həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Vəkil Sümbülə Əliyevanın şikayəti üzrə məhkəmə başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıtda idmançını öldürən ata və oğul barəsində məhkəmə qərar qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
MN-in sabiq şöbə rəisi ilə bağlı hökmdən verilən apellyasiya protesti üzrə məhkəmə başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rüşvətə görə həbs olunan xəstəxana direktoru ilə bağlı şikayətlər geri götürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məhkəmə Rövşən Novruzoğlu ilə bağlı qərar verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












