Vəkil Sümbülə Əliyevanın şikayəti üzrə məhkəmə başlayıb
Vəkil Sümbülə Əliyevanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti əsasında məhkəmə başlayıb.
Sizinxeber.az xəbər verir ki, şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə baxılır. Şikayət üzrə ilkin baxış iclası keçirilirb.
Məhkəmənin baxış iclası oktyabrın 24-nə təyin olunub.
Qeyd edək ki, bu il iyulun 8-də Bakı Ağır Cinayətlər Məhkəməsin hökmünə əsasən, Sünbülə Əliyevaya Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, təyin edilmiş 4 il müddətə azadlıqdan məhrum etmə cəzası 2 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilib. Həbsdə olan Sümbülə Əliyeva məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, ittihama görə, Sümbülə Əliyeva hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial sığortaları və pensiya fonduna ödənməli olan məbləği dövlət büdcəsinə köçürməyib və mənimsəyib. O, Cinayət Məcəlləsinin 179.3.2 və 213.1-ci maddəsi ilə ittiham edilir. Zərərçəkmiş qismində Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tanınıb.
Oxşar xəbərlər
Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun şikayəti üzrə məhkəmə başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıtda idmançını öldürən ata və oğul barəsində məhkəmə qərar qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun şikayəti üzrə məhkəmə başlayıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Keçmiş vəkil məhkəmə zalında həbs olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prodüser Təranə Səmədova kassasiya şikayəti verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi











