Sizinxeber.az » Müharibə » Hərbi » Vətən müharibəsi çağırışçılarının əmək haqqını sabiq idarə rəisi “yeyib”? - MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə

Vətən müharibəsi çağırışçılarının əmək haqqını sabiq idarə rəisi “yeyib”? - MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunlarının Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Sizinxeber.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin müdafiəçiləri vəsatətlər verib.

Bayram Bayramovun vəkili Tahir Şamxalov çıxış edərək bəzi əmlaklar üzərində olan həbsin götürülməsi vəsatətini verib:

“Bayram Bayramova məxsus Gəncə şəhərində yerləşən evin və Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən torpaq sahəsinin üzərində həbsin götürülməsini istəyirik”.

Hakim bu məsələnin hökm qəbul edilərkən müşavirə otağında müzakirə olunacağını deyib.

Vəkil digər vəsatətində Bayram Bayramovun 2020-ci il Vətən müharibəsi zamanı çalışdığı hərbi hissəyə nə qədər çağırışçı, könüllü və ehtiyatdan geri çağırılan hərbi qulluqçuların olmasının müəyyən edilməsi üçün Müdafiə Nazirliyinə sorğu verilməsini istəyib:

"2020-ci il dekabrında müharibə vaxtında çağırışçılara, könüllülərə, ehtiyatdan çağırılan zabit, gizir və müddətdən artıq hərbi qulluqçulara əmək haqqı verilib. Lakin həmin sənədlər sonradan protokola uyğun olaraq yandırılıb. Bu səbəbdən də məhkəmədə sübut olaraq heç bir sənəd təqdim olunmayıb. Ümumilikdə həmin şəxslərə 719 min manat maaş verilib. Lakin Maliyyə Nazirliyinin yoxlamaları zamanı həmin sənəd mövcud olmadığı üçün məbləğ Bayram Bayramovun adına mənimsəmə kimi yazılıb".

Məhkəmə vəsatətin dəqiqləşdirilməsi üçün gələn proses müzakirəyə çıxarılacağını deyib.

Daha sonra general Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə vəsatətlə çıxış edərək Müdafiə Nazirliyinin İşlər İdarəsinin sabiq rəisi Namiq Poladovun məhkəməyə əlavə şahid qismində çağırılmasını tələb edib.

Vəkil əsaslandırıb ki, iş üzrə müdafiə etdiyi Nizami Məmmədova verilən 18 milyon manatlıq ittihamdan 4 milyon 600 min manatı Namiq Poladova çatıb:

"İstintaqda da məhkəmə dövründə də şahidlərin və iş üzrə dindirilən təqsirləndirilən şəxslərin hər biri hərbi hissələrdə inspeksiyaya pul verdiklərini bildirib. İnspeksiya pulları da birbaşa Namiq Poladova çatıb. Bunu məhkəmədə ifadə verən şahidlər də təsdiqləyib. Namiq Poladovun özü isə istintaqda bunu üzərindən atıb. Xahiş edirik, məhkəmə Namiq Poladovu iclasa çağırsın”.

Namiq Poladovun iş üzrə sualları cavablandırmaq üçün növbəti proseslərin birində məhkəməyə çağırılacağı gözlənilir.

Rəşad Mirmehdizadə digər vəsatətində iş üzrə yenidən məhkəmə mühasibatlıq-komisyon ekspertizasının keçirilməsini istəyib. Vəkil bildirib ki, iş üzrə rəqəmlərdə, mənimsənilən məbləğlərdə fərqlər var və bu səbəbdən ekspert tərəfindən yenidən ekspertiza keçirilməlidir.

Təqsirləndirilən Cəlal Kazımovun vəkili də məhkəmə komisyon ekspertizasının keçirilməsinin vacibliyi bildirib.

Məhkəmə bu vəsatətin müzakirəsi üçün zaman lazım olduğunu əsas gətirərək, gələn prosesdə müzakirəyə çıxarılacağını deyib.

Daha sonra Cəlal Kazımovun vəkili Əli Adıgözəlov əlavə şahidlərin dindirilməsini tələb edib.

O bildirib ki, adına kart açılan "ölü canlar"ım dindirilməsi vacibdir.

Hakim bu vəsatətin müzakirəsini növbəti prosesə qədər təxirə salıb.

Proses sentyabrın 13-də davam etdiriləcək.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.

Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

ДРУГИЕ НОВОСТИ

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"
  2. "Haber Global" Bakıda təşkil olunan forumdan reportaj hazırladı: "Orta Dəhlizin cəlbediciliyi və istifadə imkanları artıb"
  3. Bayrama görə pul kimə, necə veriləcək? - Dəqiq izah
  4. Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib
  5. Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
  6. Siqaretin qiymətində kəskin artım: Nə baş verir?
  7. Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib
  8. MTK-lar daxili krediti niyə azaldıblar? - VİDEO
  9. Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi
  10. Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Галерея
Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq" width="290" alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"" />
Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"
Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib width="290" alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib" />
Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir width="290" alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir" />
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib width="290" alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib" />
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib
Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik" width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"
Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />
Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib