Daşkəsəndə yaşayış binasında qaz partlayıb, xəsarət alan var » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
24 
okt
2024
06:50

Daşkəsəndə yaşayış binasında qaz partlayıb, xəsarət alan var

24 okt, 2024
06:50
769

Daşkəsəndə yaşayış binasında qaz partlayıb, xəsarət alan var

Daşkəsəndə mənzildə qaz partlayıb.

APA-nın yerli bürosunun məlumatına görə hadisə Daşkəsən şəhərinin M.Əsədov küçəsində yerləşən yaşayış binasında qeydə alınıb.

Belə ki, sözügedən ünvada yerləşən 3 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində partlayış olub.

Nəticədə ev sahibi 52 yaşlı Nadir Sadıqov yanıq xəsarətləri alıb. O xəstəxanaya yerləşdirilib və vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə partlayışa qaz sızması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın