Sizinxeber.az » Cəmiyyət » Hadisə » Naxçıvanda aşkarlanan sursatlar ərazidən götürülərək kənarlaşdırılıb - YENİLƏNİB

Naxçıvanda aşkarlanan sursatlar ərazidən götürülərək kənarlaşdırılıb - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kəngərli rayonu, Çarxanqala kəndi ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.

Bu barədə Sizinxeber.az-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların 2 ədəd TM 62 tank əleyhinə mina, 1 ədəd qumbaraatan mərmisi, 1 ədəd F-1 əl qumbarası və 1 ədəd döyüş başlığı ilə birlikdə 82 mm-lik minatan minası olduğu müəyyən edilib.

Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

***

18:46

Naxçıvan polisi tərəfindən Kəngərli rayonu ərazisində partlamamış sursatlar aşkar edilib.

Naxçıvan DİN-dən Sizinxeber.az-ya verilən məlumata görə, Kəngərli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Kəngərli rayonunun Çalxanqala kənd ərazisində 2 ədəd tank əleyhinə mina, 1 ədəd əl qumbarası, 1 ədəd 120 mm-lik minaatan mərmi, 1 ədəd tank əleyhinə mərmi və 2 ədəd mina üçün döyüş başlığı aşkar edilib.

Sadalanan sursatların təhlükəsiz şəkildə daşınması və məhv edilməsi üçün adiyyəti üzrə təhvil verilib.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !