Məhkəmə Suriyada qanunsuz silahlı birləşmələrə qoşulan şəxslə bağlı qərar verib
Suriyada qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham edilərək həbs olunan Bəxtiyar Şıxıyevin barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə keçirilib.
Sizinxeber.az xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib. Bəxtityar Şıxıyevin cəzası 10 ildən 7 ilə endirilib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən B.Şıxıyev 10 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, B.Şıxıyev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib. Aparılan araşdırmalar nəticəsində Azərbaycan vətəndaşı, 1989-cu il təvəllüdlü Şıxıyev Bəxtiyar Səttərxan oğlunun ölkə hüdudlarından kənarda terror aktlarının törədilməsi ilə müşayiət olunan, dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədilə müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının Rifil-muhandis qəsəbəsində xüsusi hazırlıq düşərgəsində təlimlər keçməsinə, müxtəlif odlu silahlardan istifadə qaydalarına yiyələnərək “Cundul Şam” adlı qanunsuz silahlı dəstənin fəaliyyətində iştirakına əsaslı şübhələr müəyyən edilib.
DTX-də başlanılan cinayət işi üzrə Bəxtiyar Şıxıyev şübhəli şəxs qismində saxlanılaraq Azərbaycan Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədilə sabit qruplar yaratma, həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin ötən ilin sentyabr ayında çıxardığı hökmə əsasən, Bəxtiyar Şıxıyev 10 il azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Rüşvətə görə həbs olunan xəstəxana direktoru ilə bağlı şikayətlər geri götürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məhkəmə Rövşən Novruzoğlu ilə bağlı qərar verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prodüser Təranə Səmədova kassasiya şikayəti verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıtda idmançını öldürən ata və oğul barəsində məhkəmə qərar qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabiq hakim barəsində olan qərardan kassasiya şikayəti verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?












