Prokurorluq BNA-nın rüşvətə görə tutulan vəzifəli şəxslərinin azadlığa buraxılmasına etiraz edib
Sabiq vəzifəli şəxslər barəsində hökmdən apellyasiya protesti verilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Sizinxeber.az-ya bildirilib ki, bəzi xəbər saytları və sosial media səhifələrində “Bakı Nəqliyyat Agentliyi” Publik hüquqi şəxsin Yol hərəkətinin təşkili şöbəsinin müdir müavini vəzifəsində işləmiş Vüqar Hüseynov və həmin Agentliyin Yol hərəkətinin təşkili şöbəsinin sabiq əməkdaşı Hikmət Vəlizadənin barəsində müvafiq məhkəmə tərəfindən əməlin Cinayət Məcəlləsinin daha yüngül maddələrinə, yəni rüşvət almadan dələduzluğa tövsif edilərək ittihamın yüngülləşdirilməsi və onlara aşağı həddə cəza təyin edilməsi barədə məlumatlar yayılıb.
Belə ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan ibtidai istintaqla Vüqar Hüseynov və Hikmət Vəlizadəyə Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma), maddələrilə yekun ittiham elan edilib və barələrində həbs qətimkan tədbiri seçilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 24.09.2024-cü il tarixli hökmü ilə təqsirləndirilən şəxslərin rüşvət almasına dair ittihamlar Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar və xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddələrinə tövsif edilib və onların hər ikisi 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Qeyd olunan hökmdən dövlət ittihamçısı tərəfindən oktyabr ayının 7-də apellyasiya protesti verilib.
Oxşar xəbərlər
BNA-nın rüşvət alıb yolları dəyişməkdə ittiham olunan vəzifəli şəxsləri məhkəmə zalından azadlığa buraxılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
MN-in sabiq şöbə rəisləri Mahir Şirvanov və Məlikməmməd Qurbanov barəsində hökmlərdən apellyasiya protesti verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabiq gömrük əməkdaşları barəsində hökmlərdən kassasiya protestləri verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri İlqar Mustafayev həbs olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gəncə xəstəxanasında 1 milyon manat mənimsəməyə görə məhkəmə başlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












