MN-in sabiq şöbə rəisləri Mahir Şirvanov və Məlikməmməd Qurbanov barəsində hökmlərdən apellyasiya protesti verilib
Müdafiə Nazirliyinin sabiq şöbə rəisləri Mahir Şirvanov və Məlikməmməd Qurbanov barəsində hökmlərdən apellyasiya protesti verilib.
APA xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, bəzi sosial media səhifələrində Şirvanov Mahir Məhərrəm oğlu və Qurbanov Məlikməmməd Oruc oğlunun barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən aşağı həddə cəza təyin edilməsi barədə məlumatlar yayılıb: "Belə ki, Mahir Şirvanov və Məlikməmməd Qurbanovun Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin rəisi vəzifəsində işlədikləri müddətdə digər şəxslərlə cinayət əlaqəsinə girərək külli miqdarda dövlət əmlakını mənimsəmələrinə əsaslı şübhələr müəyyən edildiyindən onların hər ikisi Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və cinayət işləri üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.
Bakı Hərbi Məhkəməsinin 09.09.2024-cü il tarixli hökmləri ilə Mahir Şirvanov və Məlikməmməd Qurbanov Cinayət Məcəlləsinin 179.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinib, onlara məhkum edildikləri maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan da aşağı cəza - Mahir Şirvanova 3 il müddətinə, Məlikməmməd Qurbanova 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib".
Məlumatda deyilir ki, təqsirləndirilən şəxslərin əməlinin xarakteri və ictimai təhlükəliliyi, habelə Cinayət qanunun normasının düzgün tətbiq edilməyərək onlara qanunla nəzərdə tutulan həddən aşağı cəzanın təyin edilməsi nəzərə alınaraq, qeyd edilən hökmlərdən sentyabrın 24-də dövlət ittihamçısı tərəfindən apelyasiya protestləri verilib.
Oxşar xəbərlər
MN-nin mənimsəmə ittihamı ilə həbs olunmuş sabiq vəzifəliləri barədə olan hökmlərdən apellyasiya protesti verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
16 milyon manatdan çox əsassız ödəniş edilib - MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə [xfgiven_updateblue][/xfgiven_updateblue]
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmə davam etdirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
MN-in Hərbi Polis İdarəsi və hərbi hissələrin maliyyə-xidmət rəisi olan şəxslə bağlı qərar verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məhkəmə MN-in Hərbi Polis İdarəsi və hərbi hissələrin maliyyə-xidmət rəisi olmuş şəxs barəsində qərar verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












