Binəqədidə neft tullantılarının axıdıldığı ərazi yanıb
Bakının Binəqədi rayonunda yanğın hadisəsi baş verib.
APA xəbər verir ki, yanğın Dağlar məhləsi kimi tanınan ərazidə qeydə alınıb. Yanğın nəticəsində neft tullantılarının axıdıldığı ərazi yanıb.
Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.
Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.
Fövqəladə Hallar Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu ərazisində açıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Emin Şirvanzadə
Oxşar xəbərlər
Binəqədi rayonunda obyektdə yanğın baş verib - VİDEO
Goranboy rayonunda yanğın baş verib - VİDEO
Sumqayıtda açıq ərazidə yanğın söndürülüb - YENİLƏNİB-1
Xocasəndə yanğın olub
FHN: Sabunçuda ağaclıq sahədə baş verən yanğın söndürülüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













