Qaxda motosiklet qəzaya uğrayıb, sürücü ölüb, cinayət işi açılıb - YENİLƏNİB
Qax rayonunda motosikletin qəzaya uğraması nəticəsində sürücü ölüb, cinayət işi başlanıb.
Bu barədə "Report"un yerli bürosuna Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, sentyabrın 28-də saat 07 radələrində Qax rayonunun Zəyəm kəndi ərazisində motosiklet idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü, 1993-cü il təvəllüdlü Sənan İdrisli aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanıb.
Qax rayonunda motosiklet qəzaya uğrayıb, sürücü ölüb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə səhər saatlarında Zəyəm kəndi ərazisində qeydə alınıb.
Belə ki, Qax rayonunun Qarabaldır kənd sakini, 31 yaşlı Sənan İdrisli idarə etdiyi motosiklet aşırıb. O, qəza nəticəsində başından ağır xəsarətlər alıb və Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, Sənan İdrislinin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda motosiklet aşıb, sürücü ağır xəsarət alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qusarda motosiklet aşıb, ölən var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zaqatalada 4 yaşlı uşağı motosiklet vurub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kəlbəcərdə yük avtomobili aşıb, ölən və xəsarət alan var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şəkidə avtomobil ağaca çırpılıb, ölən var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Nazirdən pensiyalarla bağlı şad xəbər
-
ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müşaviri Şəhidlər xiyabanını ziyarət edib
-
Gələn il fəsillərin Azərbaycana daxilolma vaxtları açıqlanıb
-
Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib
-
Şəhid məzarlarından gitara, çəkmə və hərbi dəbilqə oğurladılar: Saxlanılan şəxslərin GÖRÜNTÜLƏRİ












