Kəlbəcərdə yük avtomobili aşıb, ölən və xəsarət alan var
Kəlbəcərdə ağır yol-nəqliyyat hadisəsi olub.
“Report”un Qərb bürosunun məlumatın görə, hadisə Kəlbəcər rayon Qamışlı kəndində qeydə alınıb.
Belə ki, yük avtomobilinin aşması nəticəsində bir nəfər ölüb, daha bir nəfər ağır bədən xəsarəti alıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan “Report”un Qərb bürosunun sorğusuna cavab olaraq bildirilib ki, Kəlbəcər rayon Polis Şöbəsinə rayonun Qamışlı kəndi ərazisində yol nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub.
“Polis əməkdaşları həmin əraziyə gələrək müvafiq tədbirlər həyata keçirib. İlkin araşdırmalar zamanı məlum olub ki, Daşkəsən rayon sakini, 1989-cu il təvəllüdlü N. Qasımov “Hovo” markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək nəqliyyat vasitəsini dərəyə aşırıb. Hadisə nəticəsində sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, sərnişin, Daşkəsən rayon sakini, 1992-ci il təvəllüdlü İ. Qasımov ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib”.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Şəmkirdə “KaMaz” avtomobillə toqquşub, iki nəfər ölüb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gədəbəydə avtomobil aşıb, xəsarət alanlar var - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kəlbəcərdə maşın aşıb, ölən və xəsarət alan var - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Salyanda minik avtomobili aşıb, 3 nəfər xəsarət alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağsuda ağır yol qəzası olub, ölən və yaralanan var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












