

Azərbaycan cinayət əməlləri törətməkdə ittiham olunan Türkiyə vətəndaşlarını təhvil verib
Türkiyənin hüquq mühafizə orqanları ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir.
Baş Prokurorluğun Mətbuat xidmətindən Sizinxeber.az-ya verilən məlumata görə, Türkiyə Respublikasının vətəndaşları, hədə-qorxu ilə tələb etmə cinayət əməlini törətməkdə ittiham olunan 1972-ci il təvəllüdlü Bekinkayan Kıralın, qəsdən adam öldürmədə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 1982-ci il təvəllüdlü Gücenmez Erdemin və narkotik vasitələrin satışında təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 1972-ci il təvəllüdlü Talip Ağdemirin verilməsinə dair həmin ölkənin səlahiyyətli orqanlarının vəsatətləri baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd olunan şəxslər cari il ərzində ölkəmizdə müəyyən edilərək barələrində həbs qətimkan tədbiri seçilib.
"Ekstradisiya haqqında" Avropa Konvensiyasına və ona Əlavə Protokollara əsasən adıçəkilən şəxslər haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Türkiyənin səlahiyyətli orqanlarına təhvil verilib.
Oxşar xəbərlər
Türkiyənin hüquq mühafizə orqanları ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir
Keçmiş məhkumu öldürən şəxsin cəzası azaldılıb
Bacısını öldürməyə görə tutulan şəxsin cinayət işi məhkəməyə göndərilib
Bakıda həmyerlilərini oğurlayaraq 20 min dollar tələb edən Pakistan vətəndaşlarına hökm oxunub
Azərbaycan Türkmənistanın axtarışa verdiyi şəxsi ölkəsinə təhvil verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
BMTM əməkdaşı: İslamofobiya ilə mübarizədə əsas məqsəd nifrəti susdurmaqdır
-
Ronaldu Səudiyyə Ərəbistanı çempionatını bombardir kimi başa vurub
-
AAYDA rəsmisi: Ağsuçay vadisində 1186 metrlik unikal avtomobil körpüsünün tikintisi davam etdirilir
-
Minifutbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinə start veriləcək
-
Tayland turistlərə alış-verişləri kriptovalyuta ilə ödəməyə icazə verəcək
-
Azərbaycanlı gənclər İstanbulda beynəlxalq liderlər forumunun iştirakçısı olub
