Keçmiş məhkumu öldürən şəxsin cəzası azaldılıb
Bakıda qətl törətməkdə təqsirli bilinən Səyavuş Abbasovun apellyasiya şikayəti üzrə qərar verilib.
APA xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkməsində hakim Fərid Əyyubovun sədrliyi ilə keçirilən iclasda birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. Təqsirləndirilən şəxsin cəzası bir il azaldılıb.
Qeyd edək ki, Səyavuş Abbasova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 16 il azadlıqdan məhrum edilib.
Xatırladaq ki, hadisə 2023-cü il oktyabrın 24-də Bakının Nəsimi rayonunda qeydə alınıb.
1963-cü il təvəllüdlü Səyavuş Abbasovun Nəsimi rayonu ərazisində aralarında yaranmış mübahisə zamanı əvvəllər məhkum olunmuş 1972-ci il təvəllüdlü Araz Həsənova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Səyavuş Abbasov şübhəli şəxs qismində tutulub.
Oxşar xəbərlər
Sumqayıtda ata və anasını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
İdmançı xalası oğlunu öldürməkdə ittiham olunan şəxsə 18 il cəza istənilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
