Bakıda kafedə bayram günü 2 nəfərin qətlinə görə tutulan şəxsin məhkəməsində şahid ifadə verib
Bakıda kafedə bayram günü 2 nəfəri qətlə yetirməkdə təqsirləndirilən Arif Bəhərçiyevin cinayət işi üzrə məhkəmə davam etdirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahid dindirilib. Şahid Nərmin Məmmədova hadisə baş verən kafedə qabyuyan işlədiyini bildirib:
"Həmin gün Arif Bəhərçiyev sərxoş idi. Ümumiyyətlə, 31 dekabr - yeni il bayramına təsadüf etdiyindən müştərilərimiz çox idi. Arifin atası İlfan Bəhərçiyev müştərilərə yemək hazırlaması məqsədilə anası Gülnurə Bəhərçiyevanı kafeyə çağıranda özünü eşitməzliyə vurdu. Bununla da Ariflə anası arasında dava düşdü. Arif əsas zala keçdi. Ardınca isə kababçımız Namiq daxil oldu. Onlar arasında davanın şahidi oldum. Namiq Arifə irad bildirdi ki, niyə ananı vurmusan, onu söymüsən? Bu an Arifin bıçaq götürdüyünü gördüm. Namiqin üstünə hücum etdi, Ramil adlı daimi müştərimiz də onları aralamaq istədi. Arif Namiqin qarnına bıçaq vurdu. Namiq hər iki əli ilə qarnını tutub uzaqlaşmaq istədi. Ardınca da onları aralamaq istəyən Ramili vurdu".
Daha sonra hakim iş üzrə dindirilməli olan digər şahidlərin məhkəməyə gəlməsinin vacibliyini vurğulayıb.
Proses oktyabrın 7-də davam etdiriləcək.
Qeyd edək ki, hadisə ötən ilin dekabrın 31-də paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən kafedə baş verib.
2001-ci il təvəllüdlü Arif Bəhərçiyev iaşə obyektlərindən birində aralarında yaranmış mübahisə zamanı 1968-ci il təvəllüdlü Namiq Orucov və 1981-ci il təvəllüdlü Ramil Səfərovu öldürməkdə təqsirləndirilib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.3 (zərəçəkmiş şəxsi ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Sumqayıtda ata və anasını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Restoranda Vətən müharibəsi iştirakçısının qətlinə görə tutulan şəxslərin məhkəmə istintaqı yekunlaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İdmançı xalası oğlunu öldürməkdə ittiham olunan şəxsə 18 il cəza istənilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Modelyerin atasını öldürməkdə təqsirləndirilən şəxslərin məhkəməsinə şahid məcburi gətiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabah Şəriəti Olimpiadanı medalsız başa vurdu [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












