

İdmançı xalası oğlunu öldürməkdə ittiham olunan şəxsə 18 il cəza istənilib
Bakıda xalası oğlunu qətlə yetirməkdə təqsirləndirilən Yusif İsmayılovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək təqsirləndirilən şəxsin 18 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.
Yusif İsmayılovun vəkili müdafiə çıxışı üçün vaxt məhkəmədən vaxt istəyib.
Proses sentyabrın 10-da davam etdiriləcək.
Qeyd edək ki, hadisə bu il yanvarın 13-də saat 22 radələrində paytaxtın Səbail rayonu ərazisində baş verib.
Araşdırmalarla 1993-cü il təvəllüdlü Yusif İsmayılovun Səbail rayonu, Salyan şossesi 15 ünvanında aralarında yaranmış mübahisə zamanı xalası oğlu Etibar Fətəliyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Yusif İsmayılov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
1995-ci il təvəllüdlü Fətəliyev Etibar Bəxtiyar oğlu bıçaqlanmış vəziyyətdə 3 saylı Təcili Tibbi Yardım stansiyasına gedib. O, təcili yardım avtomobili ilə xəstəxanaya aparılarkən qanaxmadan yolda dünyasını dəyişib.
Qətlə yetirilən Etibar Fətəliyev fitnes üzrə idmançı olub.
Emin Şirvanzadə
Oxşar xəbərlər
Bakıda avtovağzalın girişində 25 yaşlı oğlanı öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Bakıda 25 yaşlı oğlanı öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Sumqayıtda ata və anasını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
Bakıda mənzilə qumbara qoyaraq soyğunçuluqda təqsirləndirilən şəxsə hökm oxunub
Bakıda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
