Bakıda evdən 89 min manatlıq oğurluq olub
sizinxeber.az xəbər saytı

Bakıda evdən 89 min manatlıq oğurluq olub


Yasamal rayonu ərazisində evlərin birindən oğurluq olub.

Daxili İşlər Nazirliyindən "Report"a verilən xəbərə görə, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən ev sahibi oradan 74.000 manat pul və 15.000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən R.Bağışov və 2 qadın müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Oxşar xəbərlər

Nardaranda evdən 20 min manat oğurlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər