NİİM dərs ilinin başlanmasına görə müraciət edib: Qaydaları pozanlar məsuliyyətə cəlb olunacaq
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yeni tədris ili ilə bağlı müraciət edib.
Sizinxeber.az-nın xəbərinə gprə, müraciətdə deyilir ki, yeni tədris ili ilə bağlı NİİM əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaqlar: "Mərkəzin əməkdaşları tərəfindən paytaxtın küçə və prospektlərində yerləşən həm təhsil müəssisələrinin yaxınlığında, həm də yaxın kəsişmələrdə yollara müşahidə kameraları vasitəsi ilə nəzarət ediləcək. Hansı ərazidə süni sıxlıq yaranacaqsa, sıxlığın aradan qaldırılması məqsədilə yol polisi ilə mütəmadi informasiya mübadiləsi aparılacaq. Bununla yanaşı, sıxlığın qarşısını almaq üçün svetoforlara verilən “yaşıl dalğa” rejimi artırılacaq. Eyni zamanda diqqətə çatdırmaq istəyirik ki, digər yerlərdə olduğu kimi məktəblərin və universitetlərin ərtafında da dayanma və durma qaydalarının pozulması halları kameralar vasitəsilə qeydə alınacaq və qaydaları pozan şəxlər inzibati məsuliyyətə cəlb ediləcəklər".
Oxşar xəbərlər
NİİM: Məktəb və universitetlərin qarşısında maşın saxlayanlar cərimələnəcək
NİİM: Texniki nasaz yük avtomobilləri yollarda süni sıxlığın yaranmasına səbəb olur
NİİM moped və motosiklet sürücülərinə müraciət edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
