Ağdaşa toya gedən Qobustan sakini öldürülüb
Ağdaş rayonunda toy mərasimində bıçaqlanma hadisəsi baş verib.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə axşam saatlarında rayon mərkəzində baş verib.
İlkin məlumata görə, Qobustanın Nərmankənd sakini 27 yaşlı İlkin İsgəndərli ötən gün Ağdaşda keçirilən toy məclisində qonaq qismində iştirak edib. Mərasim zamanı onun digər şəxs və ya şəxslərlə baş verən mübahisəsi davaya çevrilib.
Dava zamanı müxtəlif bıçaq xəsarətləri alan İlkin İsgəndərli ağır vəziyyətdə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
DİN-in mətbuat xidmətinin regional qrupundan “Report”un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, Ağdaş şəhərində 1996-cı il təvəllüdlü İlkin İsgəndərlinin kəsilmiş-deşilmiş xəsarətlərdən xəstəxanada ölməsi barədə polisə məlumat daxil olub.
Əməli törədən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər həyata keçirilir. Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam edir. Qeyd edək ki dünyasını dəyişən İlkin İsgəndərli ailəli olub və onun bir övladı var.
Oxşar xəbərlər
Ağdaşa toya dəvət alan Qobustan sakini qətlə yetirilib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdaşda gənc oğlan qətlə yetirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdaşda 28 yaşlı gənc öldürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdaş sakini odlu silahı polisə könüllü təhvil verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yevlaxda qətl törədən şəxs saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













