Ağdaşa toya dəvət alan Qobustan sakini qətlə yetirilib - YENİLƏNİB
Ağdaşa toya dəvət alan Qobustan sakini bıçaqlanıb.
Sizinxeber.az-nın Şirvan bürosu xəbər verir ki, hadisə axşam saatlarında rayon mərkəzində baş verib.
İlkin məlumata görə, Qobustanın Nərmankənd sakini 27 yaşlı İlkin İsgəndərli ötən gün Ağdaşda keçirilən toy məclisində qonaq qismində iştirak edib.
Toya dəvət alan İlkin İsgəndərli ilə digər şəxs və ya şəxslər arasında baş verən mübahisə sonradan davaya çevrilib.
Dava zamanı müxtəlif bıçaq xəsarətləri alan İlkin İsgəndərli ağır vəziyyətdə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkimlərin ilkin tibbi müdaxilələrinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
DİN-in mətbuat xidmətinin regional qrupundan Sizinxeber.az-nın Şirvan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, Ağdaş şəhərində 1996-cı il təvəllüdlü İlkin İsgəndərlinin kəsilmiş-deşilmiş xəsarətlərdən xəstəxanada ölməsi barədə polisə məlumat daxil olub.
Əməli törədən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər həyata keçirilir.
Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam edir.
***
10:43
Sentyabrın 8-də saat 00:05 radələrində Ağdaş şəhərində 1996-cı il təvəllüdlü İlkin İsgəndərlinin kəsilmiş-deşilmiş xəsarətlərdən xəstəxanada ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan Sizinxeber.az-nin sorğusuna cavab olaraq bildirilib ki, əməli törədən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər həyata keçirilir.
Oxşar xəbərlər
Ağdaşda 28 yaşlı gənc öldürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Oğuzda minik avtomobilləri toqquşub, xəsarət alan var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qaxda iki avtomobil toqquşub, xəsarət alan var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lənkəranda qonşular arasında dava düşüb, 5 nəfər xəsarət alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdaşda ağır yol qəzasında ölən 3 nəfərin kimliyi məlum olub - FOTO - YENİLƏNİB-1 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












