Göygöldə 4 nəfər dərmandan zəhərlənib, 10 yaşlı uşaq ölüb - YENİLƏNİB
Göygöl rayonunda dərmandan zəhərlənənlərin kimliyi açıqlanıb.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisənin 1961-ci il təvəllüdlü Mətanət Qasımovanın 2018-ci il təvəllüldü Qasımzadə Fidan Ceyhun qızı, 2014-cü il təvəllüdlü Simuzər Vəliyeva və 2014-cü il təvəllüdlü Aydan Orucovanın başını dərmanla yuyan zaman baş verdiyi bildirilir.
Nəticədə onların dördü də zəhərlənib, Aydan Orucova ölüb.
***
13.53
Göygöl rayonunda zəhərlənmə hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun kəndlərindən birində qeydə alınıb.
Dörd nəfərin zəhərləndiyi, onlardan üçünün uşaq olduğu qeyd edilib.
Zəhərlənmə nəticəsində doqquz yaşlı uşaq isə ölüb.
Onların "Niastol" adlı dərmandan zəhərləndikləri ehtimal edilir.
Oxşar xəbərlər
Göygöldə 4 nəfər dərmandan zəhərlənib, 9 yaşlı uşaq ölüb
Goranboyda 5 nəfər zəhərlənib
Ağstafada 33 yaşlı qadın dəm qazından zəhərlənib
Ağstafada bacılar qazdan zəhərlənib
Göygöldə iki maşın toqquşub, ölən və xəsarət alanlar var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













