Qubadlıda yanğın olub, alovun meşəlik əraziyə keçməsinə imkan verilməyib - VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qubadlı rayonu Mirlər, Göyyal, Hərtiz və Seləli kəndləri istiqamətində yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının, əsasən kol-kos və quru otdan ibarət açıq sahədə baş verdiyi və yaxınlıqdakı meşə zolağına keçmə riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın geniş sahəyə yayılmasına, o cümlədən Omar Fayed keçməsinə imkan verilmədən söndürülüb.
Oxşar xəbərlər
Qubadlıda yanğın baş verib, meşə zolağına keçməsinin qarşısı alınıb
Səbaildə açıq sahədə yanğın tam söndürülüb - YENİLƏNİB-1 - VİDEO
Masallıda istirahət mərkəzindəki yanğının meşəyə keçməsinin qarşısı alınıb - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
