Bakıda binada yanğın, tüstülənmiş evlərdən sakinlər təxliyə olunub
sizinxeber.az xəbər saytı

Bakıda binada yanğın, tüstülənmiş evlərdən sakinlər təxliyə olunub


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırov küçəsində onbirmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən “Sizinxeber.az”a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yaşayış binasının zirzəmisində baş verən yanğın mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 11-ci mərtəbədə liftdə qalan 5 nəfər xilas edilib, tüstülənmiş mənzillərdən 3 nəfər bina sakini FHN-in qüvvələri tərəfindən təxliyə olunub.

Yanğın nəticəsində onbirmərtəbəli yaşayış binasının zirzəmisində elektrik otağında 10 ədəd sayğac, qoruyucu açar və 20 p.m. kabel yanıb. Mənzillər yanğından mühafizə olunub.

Oxşar xəbərlər

Yasamal rayonunda onbirmərtəbəli yaşayış binasında yanğın baş verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda yaşayış binasında yanğın olub, 10 nəfər sakin təxliyə olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda yaşayış binasında yanğın olub, 10 nəfər sakin təxliyyə olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda yaşayış binasında YANĞIN - Sakinlər təxliyə olundu - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nərimanov rayonundakı binada baş verən yanğın zamanı 10 sakin təxliyə edilib - YENİLƏNİB 2 [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər