Azərbaycanın amfibiya tipli təyyarəsi İzmirdə eniş edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü meşə yanğınları ilə mübarizədə qardaş ölkəyə köməklik məqsədilə yola salınmış Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin “BE-200ÇS” tipli amfibiya təyyarəsi Türkiyənin İzmir şəhəri Adnan Menderes Hava Limanında eniş edib.
Sizinxeber.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Təyyarə ən qısa müddətdə yanğınlarla mübarizə əməliyyatına başlayacaq.
***
02:19
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü meşə yanğınları ilə mübarizədə qardaş ölkəyə köməklik məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi Türkiyəyə yola salınıb.
Sizinxeber.az xəbər verir ki, amfibiya təyyarəsinin yola salınması üçün hazırlıq işləri başa çatıb.
Eyni zamanda FHN-in iyinin müvafiq yanğın-xilasetmə qüvvələri də hazırlıq vəziyyətinə gətirilib.
Qeyd edək ki, Türkiyə Respublikasının müvafiq qurumu ilə aparılan müzakirələrdə qardaş ölkəyə köməklik məqsədilə göndərilməsi üçün Fövqəladə Hallar Nazirliyinin şəxsi heyətinin tam hazır olduğu diqqətə çatdırılıb, lakin qarşı tərəf hazırkı mərhələdə yalnız təyyarənin göndərilməsinin kifayət etdiyini bildirib.
Oxşar xəbərlər
Azərbaycanın amfibiya tipli təyyarəsi Türkiyəyə yola salınıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN: Türkiyədəki meşə yanğınları ilə əlaqədar Azərbaycanın yanğın-xilasetmə qüvvələri hazırlıq vəziyyətinə gətirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan qısa zamanda Türkiyəyə amfibiya tipli təyyarə göndərəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın Türkiyəyə yola salınmış amfibiya təyyarəsi İzmirə eniş edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq FHN-in təyyarəsi Türkiyəyə yola salınacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












