Azərbaycanın amfibiya tipli təyyarəsi Türkiyəyə yola salınıb - FOTO
sizinxeber.az xəbər saytı

Azərbaycanın amfibiya tipli təyyarəsi Türkiyəyə yola salınıb - FOTO


Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü meşə yanğınları ilə mübarizədə qardaş ölkəyə köməklik məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi Türkiyəyə yola salınıb.

APA xəbər verir ki, amfibiya təyyarəsinin yola salınması üçün hazırlıq işləri başa çatıb.

Eyni zamanda FHN-in iyinin müvafiq yanğın-xilasetmə qüvvələri də hazırlıq vəziyyətinə gətirilib.

Qeyd edək ki, Türkiyə Respublikasının müvafiq qurumu ilə aparılan müzakirələrdə qardaş ölkəyə köməklik məqsədilə göndərilməsi üçün Fövqəladə Hallar Nazirliyinin şəxsi heyətinin tam hazır olduğu diqqətə çatdırılıb, lakin qarşı tərəf hazırkı mərhələdə yalnız təyyarənin göndərilməsinin kifayət etdiyini bildirib.

Oxşar xəbərlər

FHN: Türkiyədəki meşə yanğınları ilə əlaqədar Azərbaycanın yanğın-xilasetmə qüvvələri hazırlıq vəziyyətinə gətirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq FHN-in təyyarəsi Türkiyəyə yola salınacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan qısa zamanda Türkiyəyə amfibiya tipli təyyarə göndərəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN-in amfibiya tipli təyyarəsi Türkiyəyə yola salınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın amfibiya tipli təyyarəsi Türkiyəyə yola salınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər