Ağstafada Kürdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB-1
Ağstafada ötən gün Kürdə batan şəxsin meyiti tapılıb.
Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, 1968-ci il təvəllüdlü Ağstafa rayon Soyuqbulaq qəsəbə sakini Rasim Şıxıyevin meyiti FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri sudan çıxarılaraq adiyyati üzrə təhvil verilib.
***
14 avqust, 18.43
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Ağstafa rayonu, Saloğlu qəsəbəsindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Sizinxeber.az nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.
***
17.55
Ağstafada bir nəfər Kür çayında batıb.
Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, hadisə Kür çayının rayonun Saloğlu kəndindən keçən hissəsində qeydə alınıb. Batan şəxsin 1968-ci il təvəllüdlü Ağstafa rayon Soyuqbulaq qəsəbə sakini Rasim Şıxıyev olması müəyyən edilib.
Əraziyə FHN-in dalğıc-axtarış qrupu cəlb olunub.
Oxşar xəbərlər
Mingəçevir su anbarında batan şəxsin meyiti tapılıb
Ağstafada bir nəfər Kürdə batıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
