Şəkidə baş verən ağır yol qəzasında iki nəfər ölüb, biri polis əməkdaşıdır - FOTOLENT - YENİLƏNİB-2
sizinxeber.az xəbər saytı

Şəkidə baş verən ağır yol qəzasında iki nəfər ölüb, biri polis əməkdaşıdır - FOTOLENT - YENİLƏNİB-2


Şəkidə baş verən ağır yol qəzasında iki nəfər ölüb, daha üç nəfər isə xəsarət alıb.

Sizinxeber.az-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Şəki rayonu Çayqaraqoyunlu kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan Zaqatala rayonu Mosul kənd sakini Ramin Abdullayevin idarə etdiyi “Opel” markalı minik avtomobil Həsən Ağahəsən oğlu Məhəmmədovun idarə etdiyi “Man” markalı yük maşınına çırpılıb.

Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan sürücü Ramin Abdullayev və avtomobildə olan bir nəfər qadın sərnişin hadisə yerində həyatını itiriblər. Qəzadan sonra avtomobildə sıxılmış vəziyyətdə qalan hər iki meyit FHN-nin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə hadisə yerinə çağırılmış həkim briqadasına təhvil verilib. Minik avtomobilində olan daha üç sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar isə Yevlax Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.

Qeyd edək ki, qəza zamanı həyatını itirən Opel markalı avtomobilin sürücüsü Ramin Abdullayev Zaqatala rayon Polis Şöbəsinin əməkdaşıdır.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

***

15:38

Xəbərə fotolar əlavə edilib.

***

13:53

Şəkidə baş verən ağır yol qəzasında iki nəfər ölüb.

Sizinxeber.az-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistiral yolunun Şəki rayonu Çayqaraqoyunlu kəndi ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata görə, minik avtomobili yük maşınına çırpılıb.

Baş verən ağır yol qəzası zamanı iki nəfər hadisə yerində ölüb və xəsarət alan var. Hadisə yerinə FHN-nin xilasediciləri cəlb edilib.

Oxşar xəbərlər

Zaqatala Polis Şöbəsinin əməkdaşı Şəkidə yol qəzasında öldü - FOTO - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şəkidə baş verən ağır yol qəzasında iki nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şəkidə baş verən ağır yol qəzasında iki nəfər ölüb - FOTOLENT - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şəkidəki ağır yol qəzasında iki nəfər ölüb, biri polis əməkdaşıdır - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şəkidə baş verən yol qəzasında beş nəfər xəsarət alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər