Bu gecə Bakıda döyülən gənc qız ambulator müalicə üçün xəstəxanadan evə buraxılıb - YENİLƏNİB - 1
Avqustun 9-da saat 00:45-də 2006-cı il təvəllüdlü (qadın cinsli) şəxs xəsarət alması səbəbilə Sabunçu Tibb Mərkəzinə müraciət edib.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, ona qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, təpə nahiyəsinin yumşaq toxumalarının əziyi, sağ çiynin kəsilmiş yarası diaqnozu təyin edilib.
Xəsarət alan şəxsə zəruri tibbi yardım göstərildikdən sonra öz istəyi ilə ambulator müalicə üçün evə buraxılıb. Vəziyyəti kafi olaraq qiymətləndirilib.
***
10:08
Avqustun 9-da gecə saatlarında Sabunçu rayonu ərazisində qadının bir qrup şəxs tərəfindən döyülməsilə bağlı polisə məlumat daxil olub.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, əməli törədən şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür.
***
03:01
Bakının Sabunçu rayonunda döyülmə hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Qanbay Vəzirov küçəsində qeydə alınıb.
Belə ki, 2006-cı il təvəllüdlü Hacızadə Ləman Zöhrab qızı küçədə içərisində orta yaşlı kişi və qadının olduğu bir qrup tərəfindən döyülüb.
18 yaşlı qız aldığı xəsarətlərlə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Fakt araşdırılır.
Nurlan Əli
Xədicə Səxavət
Oxşar xəbərlər
Dünən atası tərəfindən bıçaqlanan azyaşlının vəziyyəti açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yevlaxda yanğında xəsarət alan azyaşl ölüb - YENİLƏNİB-1 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yevlaxda yanan evdə xəsarət alan azyaşlının vəziyyəti ağırdır - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Güclü külək səbəbindən üç nəfər xəsarət alıb: Birinin vəziyyəti ağırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda gənc qız bir qrup şəxs tərəfindən küçədə döyülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












