Yevlaxda avtomobil aşıb, 4 nəfər xəsarət alıb - FOTO
Yevlaxda "KİA" markalı minik avtomobilinin aşması 4 nəfərin xəsarəti ilə nəticələnib.
Sizinxeber.az-nın yerli müxbiri xəbər verir ki, gecə saatlarında rayonun Aran qəsəbəsində baş verən qəzada 1991-ci il təvəllüdlü Zeynalov Tural Zahid oğlu, 1991-ci il təvəllüdlü Paşayev Asif Elman oğlu, 1991-ci il təvəllüdlü Paşayeva Gülşən Əli qızı və 1996-cı il təvəllüdlü Zeynalova Züleyxa Hüseyin qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Mingəçevir şəhər mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Yaralılardan birinin qolu amputasiya olunub.
Faktla bağlı araşdırma aparılır.
TƏBİB-dən Sizinxeber.az-nın sorğusuna cavab olaraq bildirilib ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 4 nəfər (2-si qadın cinsli, 2-si kişi cinsli) hospitalizasiya olunub.
Qeyd edilib ki, müxtəlif növ bədən xəsarətləri alan şəxslər müvafiq tibb müəssisələrinə yerləşdiriliblər.
"Onların müalicələri davam etdirilir. Hazırda 2 nəfərin vəziyyəti ağır, digərlərinin isə stabil qiymətləndirilir"
Oxşar xəbərlər
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb - FOTO
Lənkəranda baş verən qəzada xəsarət alanların vəziyyəti açıqlanıb - FOTO - YENİLƏNİB 1
Tovuzda yol qəzası olub, 7 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB-1
Toya gedən müğənni və prodüseri Hacıqabulda qəzaya düşüb - FOTO - YENİLƏNİB
Abşeronda qəza nəticəsində ikisi azyaşlı olmaqla 3 nəfər xəsarət alıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
