Azad olunmuş ərazilərdə başlayan yanğın meşə massivinə keçib - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Azad olunmuş ərazilərdə başlayan yanğın meşə massivinə keçib - YENİLƏNİB


İşğaldan azad edilən ərazilərdə daha bir yanğın ocağı baş verib.

"Report"un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, Füzuli rayonunun Yuxarı Yağlıvənd, Cəmilli, Divanallar kəndi və Xocavənd rayonun Hadrut qəsəbəsində yanğın müşahidə olunur.

Xocavənd rayonu Hadrut qəsəbəsi ərazisində olan alov artıq meşə massivinə keçib. Hazırda yanğının söndürülməsi üçün əraziyə FHN-nin Cəbrayıl, Beyləqan və Xocavənd rayonlarının yanğınsöndürən avtomobilləri və əməkdaşları cəlb edilib.

Yanğın davam edir.

17:33

Füzuli rayonu Yuxarı Yağlıvənd kəndi yaxınlığında dağlıq ərazidə açıq sahədə yanğın baş verib.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatla əlaqədar əraziyə FHN-in Aviasiya dəstəsinin helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Oxşar xəbərlər

Mina partlayışları Ağdam və Ağdərədəki yanğının söndürülməsini çətinləşdirir
Füzulidə dağlıq ərazidə yanğın başlayıb, helikopter cəlb olunub
Xocavənddə yanğın olub, əraziyə helikopterlər cəlb edilib
Laçında dağlıq ərazidə yanğın başlayıb
Xaçmazın dörd, Qubanın bir kəndində yanğın baş verib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle