Mina partlayışları Ağdam və Ağdərədəki yanğının söndürülməsini çətinləşdirir
sizinxeber.az xəbər saytı

Mina partlayışları Ağdam və Ağdərədəki yanğının söndürülməsini çətinləşdirir


Ağdam və Ağdərə rayonları ərazilərində davam edən yanğın mina partlayışları ilə müşayiət olunur.

"Report"un Qarabağ bürosunun xəbərinə görə, Ağdərə rayonu Qazançı və Sırxavənd kəndi ərazilərinə qədər yayılan yanğın hələ də davam edir.

Yanğının geniş yayıldığı ərazilərdə əsasən Qazançı kəndi istiqamətində mina partlayışları müşahidə edilir.

Ərazinin dağlıq və minalı olması yanğının söndürülməsi işini çətinləşdirir.

Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a verilən açıqlamada isə bildirilir ki, sözügedən əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.

22:39

Ağdam və Ağdərə rayonlarının işğaldan azad edilən ərazilərində yanğın baş verib.

"Report"un Qarabağ bürosunun xəbərinə görə, yanğın hadisəsi Xaçınçayı boyunca yerləşən Ağdam rayon Əlağalı və Yeni Qaralar kəndləri ərazisindən başlayıb.

Geniş əraziyə yayılan yanğın Ağdərə rayonu Qazançı və Sırxavənd kəndi ərazilərinə qədər yayılıb.

Əsasən ot və kol bitkilərinin yanması nəticəsində alov daha da geniş ərazilərə yayılır.

Yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb olunub. Ümumilikdə 50 nəfərdən ibarət şəxsi heyət xüsusi vasitələrlə yanğının meşə ərazisinə keçməsinin qarşısını almağa çalışırlar.

Hazırda yanğın davam edir.

Oxşar xəbərlər

Ağdam və Ağdərədə geniş ərazi yanır
Laçında dağlıq ərazidə yanğın başlayıb
Güclü yanğın Ağdam və Ağdərənin bir neçə kəndini əhatə edib - VİDEO - YENİLƏNİB 3
Qarayazı qoruğunda baş verən yanğın söndürülüb - YENİLƏNİB
Sumqayıtda çoxmərtəbəli binada yanğın baş verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle