Xocavənddə yanğın olub, əraziyə helikopterlər cəlb edilib
sizinxeber.az xəbər saytı

Xocavənddə yanğın olub, əraziyə helikopterlər cəlb edilib


Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Xocalı rayonu, Həsənabad kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən "Report"a bildirilib ki, məlumatla əlaqədar əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və aviasiya dəstəsinin helikopterləri cəlb olunub.

FHN-in qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın daha geniş əraziyə yayılmasına, o cümlədən meşə zolağına keçməsinə imkan verilmədən söndürülüb.

Həmçinin, Xocavənd rayonunun Cütcü kəndi istaqamətində açıq ərazidə yanğın baş verməsi barədə daxil olmuş məlumat əsasında nazirliyin qüvvələri əraziyə cəlb olunub.

Hazırda göstərilən istiqamətdə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Aviasiya dəstəsinin helikopterləri tərəfindən yanğınla mübarizə tədbirləri davam etdirilir.

Oxşar xəbərlər

FHN: Xocalının Həsənabad kəndində açıq ərazidə baş verən yanğın söndürülüb
Xocavənddə yanğın baş verib, əraziyə helikopterlər cəlb olunub - VİDEO
Xocavənddə yanğın baş verib, əraziyə helikopter cəlb olunub - VİDEO
Qubadlıda açıq ərazidə yanğın olub
Zəngilanın Şəfibəyli kəndində yanğın olub, quru ot, taxıl sahəsi yanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle