Sumqayıtda çoxmərtəbəli binada yanğın baş verib
sizinxeber.az xəbər saytı

Sumqayıtda çoxmərtəbəli binada yanğın baş verib


Sumqayıt şəhərində yanğın hadisəsi qeydə alınıb.

Hadisə 6-cı mikrorayonda yerləşən çoxmərtəbəli yaşayış binalarından birində baş verib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər görülür.

Polis əməkdaşları tərəfindən ərazidə mühafizə tədbirləri həyata keçirilir, binadan sakinlərin təxliyəsi təmin olunur. Hazırda yanğının qarşısının alınması və səbəblərinin araşdırılması istiqamətində işlər davam etdirilir.

Oxşar xəbərlər

Bakıda çoxmərtəbəli yaşayış binası yanır
Sumqayıtda binada yanğın olub
Bakıda yaşayış binası yanır -YENİLƏNİB
Sumqayıtda restoranda baş verən yanğın söndürülüb - YENİLƏNİB
Sumqayıtda müəssisə ərazisində baş verən yanğın söndürülüb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle