Novxanıda dənizdə batan məktəblilərin adları məlum olub
Abşeron rayonunun Novxanı kəndində dənizdə batan 2 nəfərin adları məlum olub.
“Sizinxeber.az”un yerli bürosu məlumat verir ki, batan şəxslər Xırdalan şəhər sakinləri 2009-cu il təvəllüdlü Kosayev Tacir Azad oğlu və Novruzov Aqil Nahid oğludur. Hər iki yeniyetmə 21 saylı Kəlbəcər rayon orta məktəbinin şagirdləridir.
Hazırda hadisə yerində müvafiq qurumlar tərəfindən axtarış-xilasetmə işləri davam etdirilir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı kəndində dənizdə 2 nəfərin batması barədə məlumat daxil olub.
FHN-dən "Sizinxeber.az"a verilən xəbərə görə, məlumatla əlaqədar qurumun Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
Novxanıda iki yeniyetmə dənizdə batıb - FOTO - YENİLƏNİB
Novxanıda dənizdə iki nəfər batıb
Novxanıda dənizdə 2 nəfər batıb
Bilgəhdə dənizdə batan şəxsin axtarışları aparılır
Samuxda süni sututarında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













