Nəsimi rayonunda quldurluq və oğurluq edən şəxslər saxlanılıb
sizinxeber.az xəbər saytı

Nəsimi rayonunda quldurluq və oğurluq edən şəxslər saxlanılıb


Nəsimi rayonunda quldurluq və oğurluq edən 5 nəfər saxlanılıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nəsimi rayonu ərazisində bir qrup naməlum şəxs 24 yaşlı kişiyə fiziki zor tətbiq edərək mobil telefonunu talayıb. Əməli törətməkdə şübhəli bilinən 22 yaşlı M.Novruzlu və 40 yaşlı V.Hacıyev saxlanılıblar.

Həmçinin rayon ərazisində yerləşən bir gözəllik salonundan və bir marketdən oğurluqlar edilib, nəticədə zərərçəkənlərə ümumilikdə 1000 manata yaxın maddi ziyan vurulub. Əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 25 yaşlı Ə.Bədəlov və 44 yaşlı E.Bilalov saxlanılıblar.

Bundan başqa bir nəfərə məxsus velosipedi oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 43 yaşlı M.Hüseynov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Oxşar xəbərlər

Bakıda 50 min manat dəyərində naqil oğurlanıb
Qaradağda dəyəri 11 min manata yaxın olan naqili oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
Bakıda mağazadan 20 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Bakıda marketdən 13 min manata yaxın oğurluq olub
Bakıda 62 yaşlı qadın mağazadan qızıl oğurlamaqda şübhəli bilinir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər