Ucarda mikroavtobusla yük maşını toqquşub, xəsarət alan var
sizinxeber.az xəbər saytı

Ucarda mikroavtobusla yük maşını toqquşub, xəsarət alan var


Ucar rayonunun Müsüslü kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, Ucar şəhər sakini, 1962-ci il təvəllüdlü Mübariz Bəşir oğlu Şirəliyevin idarə etdiyi “Mercedes” markalı mikroavtobusla Yevlax şəhər sakini, 1995-ci il təvəllüdlü Elnur Elburus oğlu Yusifzadənin sürdüyü “TIR” markalı yük avtomobili toqquşub.

Qəza nəticəsində mikroavtobusun sərnişini, Ucar şəhər sakini, 1993-cü il təvəllüdlü Ramazan Əlmusa oğlu İlyaszadə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Ucarda iki minik maşını toqquşub, xəsarət alanlar var - FOTO
Ucarda minik avtomobili mikroavtobusla toqquşub
Ucarda zəncirvari qəza nəticəsində üç avtomobil yararsız hala düşüb
Zaqatalada iki avtomobil toqquşub, bir nəfər xəsarət alıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər