Sabirabadda arvadın ərini döyməsi ilə bağlı detallar məlum olub - YENİLƏNİB
Sabirabadda kişinin arvadı tərəfindən döyülməsinin detalları məlum olub.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Report“un sorğusuna cavab olaraq bildirilib ki, Sabirabad rayon sakini M.Musayev dünən saat 21 radələrində nazirliyin “102 Xidməti-Zəng Mərkəzinə” müraciət edərək həyat yoldaşının ona taxtadan olan məişət əşyası ilə xəsarət yetirdiyini bildirib.
Ona xəsarəti ilə bağlı xəstəxanada tibbi yardım göstərilib və evə buraxılıb.
Faktla bağlı polis şöbəsində araşdırma aparılır.
Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə şəhərin Qaçaq Nəbi küçəsi, 134 ünvanında qeydə alınıb.
Belə ki, həmin ünvanda yaşayan 1988-ci il təvəllüdlü Musayev Mirzə Mehman oğlu sol qolunun bazu hissəsinin kəsilmiş-deşilmiş yaraları ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Yaralının dediyinə görə, o, həyat yoldaşı tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Sabirabadda 37 yaşlı kişi bıçaqlanıb, həyat yoldaşı şübhəli bilinir
Sabirabadda 34 yaşlı qadın tüstüdən zəhərlənib
Sabirabadda yol qəzasında ata və oğlu xəsarət alıb
Sabirabadda 34 yaşlı kişini bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB
Sabirabadda iki avtomobil toqquşub, xəsarət alan var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
