Sabirabadda 34 yaşlı qadın tüstüdən zəhərlənib
sizinxeber.az xəbər saytı

Sabirabadda 34 yaşlı qadın tüstüdən zəhərlənib


Sabirabad rayon sakini tüstüdən zəhərlənib.

“Sizinxeber.az”un Aran bürosunun məlumatına görə, hadisə şəhərin Mirzağa Hümbətov küçəsində qeydə alınıb.

İlkin məlumata görə, sözügedən küçədə yerləşən marketlərin birində elektrik xəttində yanğın baş verib. M.Hümbətov küçəsi, 116 ünvanında yaşayan 1991-ci il təvəllüdlü Şahbazova Sevər Oruc qızı yanğınla müşayiət olunan tüstüdən zəhərlənib.

O, Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Hacıqabulda qatarda yanğın olub, 4 nəfər tüstüdən zəhərlənib
Sabirabad sakini elektrik mişarı ilə ayağını kəsib
Sabirabadda 37 yaşlı kişi bıçaqlanıb, həyat yoldaşı şübhəli bilinir
Goraboyda iki bacı tüstüdən zəhərlənib
Sabirabadda 42 yaşlı qadın dəm qazından boğularaq ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər