Sabirabadda 34 yaşlı kişini bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Sabirabadda 34 yaşlı kişini bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB


Avqustun 15-də saat 23 radələrində Sabirabad rayonunun Şıxsalahlı kənd sakini Sahib Məmmədovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-nın Mil-Muğan bürosunun sorğusuna cavabda bildirib.

Qeyd edilib ki, şöbə əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən V.Paşazadə saxlanılaraq istintaqa təqdim edilib.

Araşdırmalar davam etdirilir.

***

00:19

Sabirabadda 34 yaşlı kişi bıçaqlanıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Şıxsalahlı kəndində qeydə alınıb.

Sözügedən kənd sakini, 1990-cı il təvəllüdlü Məmmədov Sahib Umud oğlu böyür tərəfinin kəsilmiş deşilmiş yarası ilə Şirvan şəhər xəstəxanasına daxil olub.

Hadisənin kimin törətdiyi istintaq tərəfindən araşdırılır.

Faktla bağlı Sabirabad polis şöbəsi istintaq tədqiqat işləri aparır.

Oxşar xəbərlər

Sabirabadda 34 yaşlı kişi bıçaqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ucar sakini qardaşı oğlunu bıçaqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda 29 yaşlı oğlanı ürəyindən bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabirabadda yük maşını piyadanı vurub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gəncədə 49 yaşlı kişini bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər