Sabirabadda yol qəzasında ata və oğlu xəsarət alıb
sizinxeber.az xəbər saytı

Sabirabadda yol qəzasında ata və oğlu xəsarət alıb


Sabirabadda baş verən yol-nəqliyyat hadisəsi zamanı ata və oğlu xəsarət alıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Sabirabad şəhərində, Dövlət İqtisad Kollecinin yaxınlığında qeydə alınıb.

Belə ki, “VAZ-2107” markalı avtomobil motosikletlə toqquşub.

Qəza nəticəsində Sabirabad şəhər sakinləri: 1983-cü il təvəllüdlü Həsənov Zamin Nuhu oğlu və oğlu, 2011-ci il təvəllüdlü Həsənli Nuhu Zamin oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Sabirabadda minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alanlar var
Sabirabadda iki avtomobil toqquşub, xəsarət alan var
Salyanda yol qəzası olub, xəsarət alanlar var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər