Aİ və Ukrayna müdafiə istehsalının genişləndirilməsinə dair saziş bağlayıb
sizinxeber.az xəbər saytı

Aİ və Ukrayna müdafiə istehsalının genişləndirilməsinə dair saziş bağlayıb


Ukrayna Müdafiə Nazirliyi, Avropa Komissiyası, eləcə də Fransa və Finlandiya ikili təyinatlı texnologiyalar və müdafiə sənayesi sahəsində sənaye potensialının genişləndirilməsinə yönəlmiş sazişlər imzalayıb.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, sazişlər Aİ zəmanətləri və qarışıq maliyyələşdirmə qrantları şəklində 343 milyon avronun təqdim edilməsini nəzərdə tutur.

Gözlənilir ki, yeni alətlər pilotsuz uçuş aparatlarının və dronlara qarşı mübarizə sistemlərinin, yerüstü robotlaşdırılmış komplekslərin istehsalına, aviasiya sahəsinə, qabaqcıl naviqasiya və kommunikasiya texnologiyalarına, eləcə də digər strateji sahələrə 700 milyon avrodan çox investisiya cəlb etməyə imkan verəcək.

Maliyyələşdirmə "Ukraine Facility" proqramının ikinci komponenti çərçivəsində həyata keçiriləcək. O, dövlət və özəl investisiyaların cəlb edilməsi üçün yaradılmış Ukrayna üçün İnvestisiya Çərçivə Proqramını ehtiva edir. Onun büdcəsi 9,5 milyard avro, o cümlədən 7,8 milyard avro zəmanət və 1,7 milyard avro qarışıq maliyyələşdirmə qrantı təşkil edir.

Oxşar xəbərlər

Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
Ukrayna 192 milyon dollarlıq PUA alır
Ukrayna Aİ-dən 2,3 milyard avro maliyyə dəstəyi alacaq
Aİ-nin müdafiə sənayesinə 900 milyon avrodan çox maliyyə vəsaiti ayrılacaq
Niderland Ukrayna üçün dronlara 700 milyon avro sərmayə qoya bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər